Forekslə iş zamanı kapitalın həcmini düzgün dəyərləndirmək çox vacıb şərtdir. Ticarət əməliyyatı açılarkən elə balans yaratmaq lazımdır ki, gəlir yetərli, mümkün ziyan isə bütün depozitin itkisinə səbəb olmasın.
Bunun üçün xüsusi kapitalın idarəedilmə metodları vardır (money management):
Kapitalın idarə edilməməsi. Əksər treyderlər ticarət əməliyyatını açarkən nə kapitalın həcmini, nə gəlirini, nə də mümkün ziyanını nəzərə almır. Bu özü də bir taktikadır. Amma, kiçik həcmli depozitlərdə bir neçə səhv addımdan sonra məbləğ qurtaracaqdır.
Çoxsaylı kontraktlar. Bir neçə ticarət əməliyyatını açarkən gəlirlərinizi dəfələrlə artıra bilərsiniz. Amma proqnozunuz səhv olarsa ziyanınız da az olmayacaqdır.
Fiks olunmuş məbləğ. Hesabındakı depozitden asılı olaraq hət bir treyder nə qədər məbləğlə ticarət edəcəyinə özü qərar verir. Hər bir treyder öz tərəfindən təyin etdiyi limiti aşmamalıdır.
Kapitalın fiks olunmuş faizi. Yuxarıdakı mövzunun faizlə təsvir edir.
Uduş və məğlubiyyətin balanslaşdırılması. Daima öz əməliyyatlarınızın statistikasına nəzarət edin. Məğlubiyyət və gəlirləriniz arasındakı qanuna uyğunluqları analiz edin. Nə vaxt və necə ticarət həcmlərinizi azaltmaq və ya artırmaq lazım olduğunu təhlil edin.
Özünüzə bu və ya digər idarəetmə metodunu seçərək foreks ticarətinizi daha güvənli və daha gəlirli edə bilərsiniz. Kapitalın idarəolunma metodları ticarət əməliyyatınız açılana qədər tətbiq olunur.