Partner Cabinet
Müştəri otağı

Live help online

Click here

Qızıl – investorun ən sərfəli aləti

Spot birja
Qızılla əlaqəli alış-satış əməliyyatları «spot» şərtlərlə yerinə yetirilir. Bu cür bazarlar isə spot-birja (spot market) adlandırılır. Pot şərtlər daxilində standart lot 5 min troya unsyasını təşkil edir (Troya unsiyası – dünya standartlarında qəbul olunmuş çəki vahididir. Tutumu 31,1034807 qr.).

«Swap» tipli əməliyyatlar
Bu termin iqtisadi ədəbiyyatda tez-tez qeyd olunur. Swap tipli əməliyyatlar həcminə görə spot əməliyyatları üstələsə də, birjaya o qədər də təsir etmir. Əməliyyatın həcmi 32 min unisyadır (1 ton).

Praktikada qızılla ticarət zamanı üç tip «Swap» istifadə olunur:

Zamana görə (maliyyə Swapı)
Bu əməliyyatların klassik növüdür. Nağd və təcili hesablaşma ilə yerinə yetirilir: eyni valyutanın alışı (satış) forvard sxemi ile nəzərə alınır. Zamana görə swap əməliyyatlar 1, 3, 6 aydan illərə qədər uzana bilir. Məqsəd uzun müddətdən sonra qızılə yerli valyutaya çevirib gəlir əldə etməkdir. Son zamanlar bu tip ticarət əsasən ABŞ dolları vasitəsi ilə aparılır ki, bu da dolların istənilən valyutaya nisbətdə sabitliyindən xəbər verir.

Metalın keyfiyyətinə görə Swap
Bəzən elə ola bilər ki, birjanın iştirakçışı sahibi olduğu qızıldan daha keyfiyyətlı qızıla sahib olmaq isyir. Bu tələbi yerinə etimək üçün Swap tətbiq etmək ən optimal variantdır. İştirakçı bir keyfiyyətli qızılı təhvil verib digər keyfiyyətli qızılı alır və ya əksinə. Daha keyfiyyətli qızılı verən iştirakçı əvəzində gəlir qazanır.

Məkanına görə Swap
BU ticarət növü əlvan metalı bir yerdə alıb digər yerdə satmağı nəzərdə tutur. Bu zaman məkanlar arasındakı fərq özünü gəlir və ya ziyan kimi göstərir.

Depozit əməliyyatlar
Bəzən müəyyən zamanlarda qızıl girov xarakteri ilə istifadə olunur ki, bu da onun qiymətinin aşağı hesablanmasına gətirib çıxarır. Standart depozit müddəti - 1, 2, 3, 6 və 12 ay ola bilər. Əməliyyatda hər iki tərəf qalib olur. Bele ki, depozit əvəzinə girov götürən bank da qızıldan istifadə edərək əlavə gəlir qazana bilir.

CFD alətləri ilə ticarət
İndiyədək baxdığımızda ticarətlərdə fiziki metalın funksionallaşması göstərilirdi. Amma nəzərə almalıyıq ki, mövcud birjalarda qızıl səhm parası ilə də ticarət geniş vüsət almış əməliyyatlardandır. 70-ci illərdən bəri valyuta dəyişikliklərinin sürətlənməsi riskləri artırırdı. Bunun qarşısını almaq üçün riskə alternaiv olaraq qızl ticarətini səhm ticarəti ilə cəmləməyə və tutuşdurmağa başladılar. Vaxt keçdikcə fiziki qızıl bazarının virtual hissəsi sərbəstləşdi və daha da nəhəng alətə çevrildi.

Fyüçers – qanuni razılşma sənədidir. Tərəflərdən biri ticarəti reallaşdıracağını digəri isə qəbul edecəyini təsdiq edir. Dünya praktikasında qızıl fyüçersləri ilə bir neçə birjada ticarət aparırlar, onlardan ən irihəcmlisi Nyu-Yorkun əmtəə (COMEX) birjasıdır. Qızılla əməliyyatlar bu birjada 19741 ildən aparılmağa başladı.

Opsion – bu da təcili kontrakt növüdür. Opsionun sahibinə müəyyən zaman çərçicəsində müəyyən əmtəni təyin olunmuş qiymətə almağa (call option; koll opsion) və ya satmağa (put option; put opsion) imkan verir. Digər alətlərlə müqaisədə opsionun üstünlüyü ondadır ki, hər xırdalıq təyin olunmuş sistemlə işləyir. Bu da öz övbəsində riskləri heçə endirməyə imkan yaradır.

Qızıl ticarət opsionları - müqavilələrin subyekti kimi qızıl istehlak edən şirkətlər, sənaye şirkətləri və iri dilerlər çıxış edir. Bu tip opsionlar iri həcmi və uzunmüddətliliyi ilə seçilir.

Birja opsionlardan fərli olaraq, qızıl ticarət opsionları barədə bütün dünya məlumatlandırılır. Ticarətin həcmi fyüçers və opsionlarla təyin olunur. Adətən bu tip opsionlarda sürətli qiymət dəyişkənliyi olur ki, bu da esasen birjadaki ticarətin tempindən asılıdır.

Qızılın qiymət dəyişkənliliyi

Adətən qızılın qiymət dəyişkənliliyi dünya iqtisadiyyatından asılıdır. Onu da qeyd etmək lazımdır ki, qızılın qiyməti alternativ investisiya alətinin indikatoru kimi istifadə olunur. Valyuta dövriyyəsi həcmi qalxan kimi qızılın qiyməti düşür və ya əksinə.

Şübhəsiz ki qızılın qiymətinə təsir edən faktorlar çoxdur. Bunların tərkibində neftlə ABŞ dollarının nisbəti, irihəcmli ticarət alətləri və s.