Partner Cabinet
Müştəri otağı

Live help online

Click here

Qara qızılın dünya iqtisadiyyatında rolu

Nəzərinizə çatdıraq ki 2009 cu ildə OPEK-ə neft çatışmamazlığı ilə əlaqədər heç bir ölkə şikayət etmədi. Hətta opek neft ixracını rekord həddə çatdırdı.

ABŞ iqtisadiyyatı və dollar kursunun neftə təsiri
ABŞ və Çin əsas neft istifadəçiləri olduğu üçün onların tələbatı nefin qiymətinə təsir edir. Bu ölkələrin neft ehtiyyatları azalarkən neft bahalaşır, əks halda isə azalır. Hələlik EIA nın verdiyi məlumatlar neftin qiymətinin bahalaşmayacağını proqnozlaşdırmağa əsas verir. İnformasiya agentliyinin verdiyi məlumata görə ABŞ neft ehtiyyatları yetərincədir və yaxın zamanlarda neftə tələbat keskin artmayacaqdır.

Neftin çıxarılma həcmi
Son zamanlar neftə tələbat hər il 1,6% artır. Buna baxmayaraq neft ixracının azalma tempi barədə heç də danışılmır. Hal-hazırki vəziyyət isə düşünməyə səbəb olmalıdır. Son illər ABŞ, Meksika, Norvegiya və Böyük Britaniya ölkələrində neft ixracı ildən ilə azalır. Statistika göstərir ki bu ölkələrin neft ixracı dünya ixracının 17% faizini təşkil edir. Məlumatlar vəziyyətin Meksikada və Norvegiyada daha acınacaqlıolduğunu göstərir. Bu ölkələrdə 2007 ci ildə neft istehsalı uyğun olaraq 7,7% və 5,5% faizdir. 2009 cu ildə Rusiya da bu ölkələrin siyahısına daxil olacaqdır. Beləki son iki il ərzində ölkənin neft istehsalı 12,6% azalmışdır.

Beləliklə, gələn ildən neft ixrac edən beş iri neft ölkələri ixracın sayını azaldacaqdır. Əgər Rusiya, ABŞ, Meksika, Norvegiya və Böyük Britaniya ixracı 1% azaldarsa, onda OPEK ixracı 12% (ən azı 10% endirəcəkdır), dünya ixracı 4,5–5% azalacaqdır. Neft ixracının bu dərəcədə azalması 1973 cu ildəki neft ibarqosunu xatırladır. Əgər 1973-cü ildə ixracın azalmasına səbəb müharibə idisə hal-hazırki vəzyiyyətdə netf qıtlığının yaranmasıdır.

Neftin gələcəyi
2009 cu ildə neftin qiymətinin normal trendə 1998-ci ildən başlanan trendə uyğun hərəkət edəcəyi gözlənilir. Normal vəziyyətə qayıdış barel üçün 40–80 ABŞ dollarını vəd edir. İlin birinci yarısında spekulyantların ticarəti qiymətin stabilləşməsinə imkan verməyəcək. İlin ikinci yarısında maliyyə böhranından qurtulan ölkələr neft ehtiyyatlarını artırmağa başlayacaqdır ki, bu da neftin qiymətində özünü göstərəcəkdir. Nəzərinizə onu da çatdıraq ki, deyilənlər yalnız proqnozdur. Qiymətin necə və hansı istiqamətdə dəyişəcəyini tarix göstərəcəkdir. Dolların nece dəyişəcəyini, «Obama’s Plan»-nın necə baş tutacağını zaman özü göstərəcəkdir.