Real ticarət aparmazdan əvvəl demo-hesabda təcrübə toplamağınız məsləhətdir. Ticarət parametrlərinə görə real-hesabdan heç nə ilə fərqlənməyən demo-hesabda sadəcə uydurulmuş məbləğlərlə ticarət edirsiniz ki, bu da Sizi təcrübə toplayan zaman bütün risklərdən sığortalayır.
Demo-hesabla ticarət zamanı pulunuzu risk altına almırsınız, amma:
- FOREX birjasında praktiki təcrübə toplayırsınız;
- valyuta birjasını analiz etməyi öyrənirsiniz;
- real zaman çərçivəsində real qiymət dəyişməsini hiss edib öz ticarət taktikanızı yarada bilərsiniz;
- risklərinizi idarə edəcək şəxsi metodlarınızı yarada bilərsiniz (Money Management);
- InstaTrader terminalını tamamilə öyrənə bilərsiniz.
Demo-hesabın açılması
1. Hesabın açılması ancaq terminal vasıtəsi ilə mümkündür. Əvvəlcə terminalı yükləyin.
2. Yüklədikdən sonra proqramı açıb, kompüterinizə instal edin:
3. İnstal etdikdən sonra terminalı açın. Artıq hesabın açılması mərhələsinə keçə bilərsiniz. Yuxarı menyuda Файл->Открыть счет seçin:
4. Açılmış formada bütün lazımi informasıyaları qeyd edin. Hesabınızın tipini və ticarət etmək istədiyiniz məbləği seçin.
5. Bütün xanaları doldurduqdan sonra "Получать новости по емайл" bölməsini işarə edin və "Далее >" düyməsini seçin. Yeni yaranan pəncərədə demo-hesabınızın nömrəsini və parolunu alacaqsınız. Onları qeyd edib, yadınızda saxlayın.
Demo-hesabların açılmasına məhdudiyyət tətbiq olunmayıb. Ticarət texnikanızı mükəmməlləşdirmək üçün özünüzə istənilən vaxt istədiyiniz parametlərlə istənilən sayda hesab aça bilərsiniz.