Partner Cabinet
Müştəri otağı

Live help online

Click here

Riskin idarə olunması metodları

Forekslə ticarət zamanı investor kapitalını dəfələrlə artıra bilər. Lakin, gəlirin və balans depozitin itirilməsi riski də mövcuddur. Gəlirlə itki arasındakı balansın düzgün qorunmaması investorun birjada ziyana uğramasına gətirib çıxara bilər.

Maliyyə risklərinin idarə olunması ziyana uğramayacağınıza qarant olmasa da, irihəcmli məğlubiyyətlərdən qoruyur. Hər bir maliyyə əməliyyatı risklidir. Risklərin idarəedilməsi isə Sizi potensial ziyanlardan sığortalayacaqdır:

  1. 1. əməliyyatlarınıza stop-order təyin edin;
  2. 2. kapitalınızın yalnız bir hissəsini investisiya edin;
  3. 3. trend istiqamətində ticarət aparın;
  4. 4. emosiyalarınıza hakim olun.

Riskin idarə olunması metodlarından ticarət əməliyyatını açıldıqdan sonra istifadə olunur. Risklərin idarə olunması metodları əsasən itkini kontrol edəcək orderlərin təyini ilə müşahidə olunur.

Stop-loss - açılmış əməliyyatda valyutanın treyder üçün uğursuz olacağı qiymətində birjadan çıxış nöqtəsidir. Özünüzü ziyanlı ticarət əməliyyatdan sığortalamaq üçün, mütləq stop-loss təyin edin.
Bir neçə stop-siqnal mövcuddur:


  • Sabit stop-siqnal. Treyder depozitinin məğlub ola biləcəyi hissəsini nəzərə alaraq stop-loss təyin edir. Açılmış əməliyyatın itkisi bu məbləğə çatanda order avtomatik olaraq bağlanır.
  • "Dəyişkən" stop-siqnal. Valyutanın qiyməti dəyişdikcə stop-siqnal onu təqib edir. Bu növ stop-signal gəlirinizlə alqoritm yaradaraq uğurlu ticarət aparmağa kömək edir.
  • Gəlir siqnalı. Valyuta məzənnəsi müəyyən gəlir pozisiyasına çatıqda əməliyyat bağlanır.
  • Vaxta görə stop-siqnal. Əgər müəyyən vaxt kəsiyində valyutanın məzənnəsı lazımi gəlir həddinə çatmırsa, əməliyyat bağlanır.

« Məqalələrə qayıt