Ümumiyyələ ticarət əməliyyatınızın müddəti nə qədər qısadırsa, gəlirləriniz də bir o qədər az olacaq. İstəsək də, istəməsək də bu belədir. Heç həyatınızda nə vaxtsa hansısa investisya yatırımı etmisinizmi? Bir günə iri həcmli gəlirləriniz olubmu? Əlbətdə yox. Ona görə ki, bu həyatın universal qaydalarından biridir:
Mütəmadi gəlir üçün vaxt tələb olunur.
Uğurlu treyderlər bilir ki, dəqiqə ərzində birja qismən, 5 dəqiqə ərzində bir az çox, 60 dəqiqə ərzində lap çox dəyişir. Amma həftə və ay ərzində birjanın hansı istiqamətdə və necə dəyişəcəyini hec kim bilmir. Məğlub treyderlər adətən çox qısa vaxt kəsiyində ticarət etmək istəyirlər, bu isə öz növbəsində onların məğlubiyyətini avtomatlaşdırır.
Heç də təəccüblü deyil ki, bir çox treyderlərin məğlubiyyətinə səbəb də elə qisa müddət intervalında ticarət aparmalarıdır. Onlar ətrafdakı reklam və yalançı brokerlərə inanaraq özlərini uğursuzluqlar sindromuna həbs edirlər. Onların fikrincə ticarət yalnız gün ərzində aparıla bilər və əməliyyatın sabahkı günə keçirilməsi məqsədəuyğun deyil. Bu tamamilə yanlış fikirdir.
Gəlirli əməliyyatlarınızı uzunmüddətli saxlaya bilmədikcə irihəcmli uduşlarınızın da olmayacağına əmin ola bilərsiniz. Heç varlı fermerlərin əkinə başladıqdan bir gün sonra torpağı eşib məhsula baxdıqlarını görmüsünüzmü? Əlbətdə xeyr. Çünki onlar məhsulun uğurla yetişməsini gözləyirlər. Biz, treyderlər də bu misaldan örnək götürməliyik. Axı treyderin uğuru fermerin uğurundan heç də asan başa gəlmir.